Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri dəyişib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Dövlət Komitəsinin Aparat rəhbəri Elmar Hüseynzadə vəzifəsindən azad edilib.
Bu vəzifəyə Ağamirzə Canmirzəyev təyin edilib. Bununla əlaqədar Nazirlər Kabineti “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarda müvafiq dəyişiklik edib.
Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Süleyman Cabbarov da Kollegiya üzvü təyin edilib.
A.Canmirzəyev bundan əvvəl Dövlət Komitəsinin Texniki normalar və lisenziya şöbəsinin müdiri olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub