Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkarlanıb.
Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.
Ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinə göndərilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub