Xəbər verdiyimiz kimi “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.
Mynews.az xəbər verir ki, Lent.az-ın əməkdaşı hazırda mərhum jurnalistin evindədir. Əməkdaşımızın məlumatına görə, Rauf Talışinskinin meyiti ekspert müayinəsindən keçmək üçün morqa aparılır. "Exo" qəzetinin baş redaktoru evdə tək olub. Bu barədə hadisə yerinə baxış keçirən polis kapitanı məlumat verib.
Mərhum baş redaktor sabah dəfn olunacaq.
Qeyd edək ki, Rauf Talışinski "Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb, 27 Yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub