"Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər".
Mynews.az Sputnik-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov belə deyib.
O bildirib ki, DYP-yə başqa sürücülərin maşınlarını düzgün park etməməsi səbəbindən, öz maşınını həyətinə sürə bilməyən şəxslərdən çoxsaylı şikayətlər daxil olur. Əsədovun sözlərinə görə, bu, parklama qaydasının pozulmasına dair inzibati hüquq pozuntusudur.