Xəbər verdiyimiz kimi bir neçə gündür sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.
Hətta bununla bağlı açıqlama verən diaspor sədri Ağadadaş Ağayev qızını erməniyə ərə verdiyinə görə peşman olmadığını, əksinə onun həyat yoldaşının da erməni olduğunu bildirib.
BiG.AZ xəbər verir ki, sözügedən hadisə bir müddət öncə xalq artisti Məleykə Əsədova ilə məhkəmə çəkişməsində olan həmkarı, xalq artisti Ramiz Məliyi də özündən çıxarıb. Belə ki, əsəblərinə hakim ola bilməyən xalq artisti sosial şəbəkədəki şəxsi hesabından sərt şəkildə diaspor sədrini qınayıb və onun vəzifədən qovulmasını istəyib.
Hamçinin aqressiyasını cilovlaya bilməyən xalq artisti televiziyaların fəaliyyətindən də narazılığını vurğulayıb və efirdə yayımlanan verilişlər içərisində əxlaq və mənəviyyat təbliğ edən verilişlərin olmadığını qeyd edib.
Xalq artistinin sözügedən mövqeyini oxucularımıza təqdim edirik.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub