"Xoruldayan insanların çoxu oksigen qəbul edə bilməyən, yəni hipoksiya (oksigen azlığı) olan insanlardır".
Bunu Metbuat.az-a açıqlamasında qulaq-burun-boğaz həkimi İlqar Əzimov deyib. Onun sözlərinə görə, yuxuda xoruldayan insanlar axşam rahat yata, dərin yuxuya gedə bilmir, ona görə də sükan arxasında yuxulamağa meyilli olur. Belə insanların qəza törətmə ehtimalları da daha yüksəkdir.
"Xoruldamağı əmələ gətirən səbəblər müxtəlifdir. Burun çəpəri əyriliyi, burun polipləri, ağzın içərisində yumşaq damarın sallanması, köklük, allergik rinit, burun balıqqulaqların hipertrafiyası xoruldamağa səbəb olur. Belə problemi olan insanlar mütləq həkim müayinəsindən keçməlidir".
Azərbaycanda sürücülük vəsiqəsi alanlara tibbi arayış verilərkən bu məqam nəzərə alına bilərmi?
Məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun mövqeyi isə belə olub:

"18 yaşı tamam olmuş, fiziki cəhətdən tam sağlam olan, avtomobil kurslarında müvafiq müddətdə təhsil almış, əyani və praktiki imtahanları yüksək səviyyədə verənlər sürücülük vəsiqəsi ala bilir. Ümumiyyətlə, maşın idarə edən vətəndaş tibbi cəhətdən sağlam olmalıdır. Qaldı ki, xoruldamağa, əgər bir insan xoruldayırsa, deməli onun nəfəs yollarında problem var. Bu problem həkimin köməyi ilə aradan qaldırılmalı, daha sonra sükan arxasına keçmək lazımdır. Gələcəkdə tibb komissiyasının məsələ ilə bağlı nə qərar verəcəyi haqqında heç nə deyə bilmərəm”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub