Xəzər Televiziyasında yayımlanan "Ata ocağı" serialında Nəcibə obrazını canlandıran gənc aktrisa Arzu Abdulova sosial şəbəkədə təhqirlərə məruz qalıb.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa obrazının insanlar tərəfindən birmənalı qarşılanmadığını deyib:
"İndiyə qədər bir çox seriallarda oynamışam. Belə reaksiya ilə heç vaxt qarşılaşmamışam. Amma "Ata ocağı" serialında oynadığım Nəcibə obrazı sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bilirsiniz ki, serialda Nəcibə Rəşidi yoldan çıxararaq, onun məşuqəsi olur, həyat yoldaşından ayırır. Sosial şəbəkədə hər kəs məni müzakirə edir, hətta təhqirlərə məruz qalıram. Məni söyürlər. Yazırlar ki, "başqasının ərini əlindən alan həyasız" və s. Amma onlara başa sala bilmirəm ki, bu reallıq deyil, sadəcə, serialdır. Həyatda tamamilə fərqli insanam. Hər halda, obrazı təbii oynamasaydım, yəqin ki, belə reaksiya doğurmazdı".
Qeyd edək ki, "Həyat sən nə qəribəsən", "Cehizsiz gəlinlər", "Baldız" və digər seriallarda rol alıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub