Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününün nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: “Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də...ondan sonra əsl qələbə gününü bayram edəcəyik...”
Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub