"Exo" qəzetinin baş redaktoru, jurnalist Rauf Talışinski dəfn olunub.
APA-nın məlumatına görə, jurnalistlə Təzə Pir məscidində vida mərasimi keçirildikdən sonra o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
***
Təzə Pir məscidində "Exo" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, vida mərasimində mərhumun yaxınları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Elmira Axundova, Elçin Şıxlı, Arif Əliyev və digər jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Rauf Talışinskinin həyatdan köçməsi Azərbaycan jurnalistikası üçün ağır itkidir: "Rauf Talışinski Azərbaycan jurnalistikasının formalaşmasında önəmli şəxslərdən biri idi. Rauf sözün həqiqi mənasında peşəkar jurnalist idi. Rauf Talışinskinin simasında rusdilli jurnalistika daha da möhkəmləndi. O, sədaqətli dost idi. Bu gün biz əziz dostumuzu haqq dünyasına yola salırıq. Allah rəhmət etsin, yeri behişt olsun".
Vida görüşündən sonra Rauf Talışinskinin cənazəsi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub