"WhatsApp" messencerinin istifadəçiləri smartfonun işində nasazlıq yaradan zərərli mesajdan şikayət ediblər. Bu haqda "MensXP" nəşri yazıb.
Mynews.az ICTnews-a istinadən bildirir ki, mesajın müəllifləri istifadəçilərə öncədən "tələ" haqda xəbərdarlıq ediblər. Bununla belə bu tələyə düşənlər tapılıb.
"Aşağıdakı mesajın üzərinə sıxsan, WhatsApp bir müddətə donacaq" - zərərli mesajın mətnində deyilir. Bundan sonra bir neçə boşluq və "bura sıxma" yazısı gəlir.
Portalın məlumatına görə, boşluqların yerində gizlədilmiş simvolların üzərinə sıxdıqda cihazın işində nasazlıq yaranır. Bu halda istifadəçilər bildiriblər ki, problemi aradan qaldırmaq üçün sadəcə smartfonu yenidən yükləmək lazımdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub