Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 1420 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.
Mynews.az report-a istinadən xəbər verir ki, onların arasında təxminən 15-ə yaxın şəxs əvvəllər Həcc ziyarətində olanlardır.
Bildirilib ki, Azərbaycan üçün ayrılan kvotadan hazırda cəmi 20 boş yer var və bir-iki günə bu yerlərə də sənəd veriləcəyi gözlənilir. Bu il üçün kvotanın artırılması planlaşdırılmır.
Məlumata görə, Azərbaycandan gedəcək zəvvarlar üçün artıq otel tutulub.
Qeyd edək ki, Həcc ziyarəti avqust ayında olacaq.
Xatırladaq ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub