Dövlət Avtomobil Nəqliyyatı Xidməti dəhşətli qəzadan boyun qaçırdı "O qeyri-qanuni fəaliyyət göstərib"

712
Dövlət Avtomobil Nəqliyyatı Xidməti dəhşətli qəzadan boyun qaçırdı "O qeyri-qanuni fəaliyyət göstərib"
Bu gün səhər saatlarında Bakı–Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Nəqliyyat Nazirliyi bildirir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib.
 
Bu barədə AZXEBER.COM-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda deyilir ki, fəciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir.
 
Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

Xəbər lenti