Müxtəlif vaxtlarda dükanların fırıldağı ilə bağlı mediada xəbərlər yer alır.
Geyim dükanlarında fırıldaqlar, əsasən, endirimlə bağlı olur. Bəzən geyimin üzərindəki etiketdə qiymətlə çekdəki uyğun gəlmir. Ya da özlərinin işinə yarayan vaxtda endirim edirlər.
Minval.info saytının elektron ünvanına gələn şikayətdə “Rodrigo” adlı tanınmış geyim mağazasında endirim fırıldağından bəhs edilir.
Göndərilən şəkildə görünür ki, müştərilər endirim adı ilə cəlb olunur, amma ortada endirim yoxdur.
Şəkli göndərən oxucumuz deyir ki, paltarı aldıqdan sonra arxasındakı etiket diqqətini çəkib: “Təsadüfən güzüm sataşdı. Etiketin üzərində iki endirim bilidirişi var idi. Diqqətlə baxanda mənə aydın oldu ki, bu bildirişlərdən biri əvvəlki endirimlə, digəri indiki endirimlə bağlı qoyulub. Əvvəlki endirimdə paltarın əsl qiyməti bir başqadır. İndikində isə paltarın əsl qiyməti daha başqadır”.
Onu da qeyd edək ki, bu tipli endirim fırıldaqlarına “Zara” geyim dükanında da rast gəlmək mümkündür.
Geyim dükanlarından bir şey alarkən həm etiketə, həm də çekdəki qiymətə nəzarət etməyi unutmayın!
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub