Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirib.
ETSN-dən Mynews.az-a bildirilib ki, reyd zamanı Sumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Samur-Abşeron magistral kanalına axıdılması faktı aşkarlanıb.
Araşdırma zamanı çirkab suların sözügedən ərazidə fərdi yaşayış evlərinin sakinləri Dilqəm Vəliyev və Famil Rüstəmov tərəfindən axıdıldığı məlum olub.
Faktla bağlı protokollar tərtib olunub və təqsirkar şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib.
Çirkab suların kanala axıdılmaması məqsədilə ərazidə “şambo”ların tikilməsi üçün qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub