Tanınmış DJ, "Avtostop" verilişinin aparıcısı Tural Yusifov Bakı - Sumqayıt yolunda baş verən qəzayla bağlı yol polisini ittiham edib.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, aparıcı bu haqda dəfələrlə efirdə danışdığını, lakin aidiyyatı qurumların bundan nəticə çıxarmadığını deyib:
"5 gəncimiz həyatını itirib. Bunun günahkarı kimdir? İlk olaraq sürücü və buna göz yuman Sumqayıt Dövlət Yol Polisi İdarəsi, sərnişin daşımaya nəzarət edən dövlət qurumlarıdır. Biz efirdən bu barədə danışdıq. Videoları yaydıq. Amma daşdan səs çıxdı, onlardan səs çıxmadı. Bununla bağlı bizim dinləyicimiz Elməddin müraciət etmişdi. Necə ola bilər ki, bunu hamı görürdü, amma DYP görmürdü. Axı bu necə baş verə bilər? Niyə heç kim öz üzərinə düşən vəzifəni həvəslə və məsuliyyətlə icra etmək istəmir? Niyə axı gərək faciə olsun, kimisə işdən azad etsinlər, danlansınlar və daha sonra iş görülməyə başlasın?
Axı biz AvtoStop olaraq bundan danışırdıq. Hətta nömrələrini belə demişdik : 50 DE 916, 50 BN 091
İndi sizinlə həmin videonu yenidən bölüşürəm. Bir mikroavtobusda 35 (!) nəfər daşınır. Bu gün isə faciə baş verdi. Allah rəhmət etsin".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub