İsrafilov "Ölkə.Az"ın əməkdaşıyla söhbətində deyib ki, F.Poladovla vida mərasiminin "Azdrama"dan yox, məhz evində olmasında qeyri-adi heç nə yoxdur:
"Fuad Poladov mənim direktor olduğum zamanda da "Azdrama"nın tamaşalarında rol alıb. Ümumiyyətlə, sadə insan idi. Fuad vəfat edən günün axşamı aktyorlar tamaşa oynayacaqdılar. Düşünün, vida mərasimi orada keçirilsəydi, aktyorlar tamaşanı hansı ovqatla oynayacaqdılar? Fuad sadə, mütəvazi insan idi. Onun belə vəsiyyət etməsi də bununla bağlıdır, incikliklə yox. Tutaq ki, "Azdrama"dan incik düşmüşdü, bəs Rus Dram Teatrından götürülməsini niyə istəməmişdi? Axı orayla incikliyi yox idi. Fuad deyirdi ki, insanın evini tanısalar yaxşıdır. Əslində, bu, keçmişdənqalma ənənədir. Bu məntiqlə məşhur kinoaktyor kinostudiyadan, sirk ustası sirkdən götürülməlidir. Məsələn, Qara Qarayevi filarmoniyadan, Bülbülü Milli Elmlər Akademiyasından götürüblər. İnsanın evindən götürülməsi daha doğrudur. Sevənləri, dostları onun evini tanımalıdırlar. Çünki Fuad həyatının böyük bir hissəsini evində keçirib, doğmaları, əzizləri evindədir".
Qeyd edək ki, Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladova musavat.com-a müsahibəsində sənətkarın öz vəsiyyətinə əsasən vida mərasiminin Akademik Milli Dram Teatrında təşkil edilmədiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub