Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə "Whatsapp” qrupundan çıxdığı görülüb.
Metbuat.az-ın məlumatına görə, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu "Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də "Whatsapp” qrupundan çıxdığı görülüb.
Məsələnin texniki izahını verən İKT Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, bu sırf telefonla və nömrə ilə bağlı məsələdir:
"Telefonda nömrə dəyişsə belə, "Whatsapp” işləyə bilər. Bu nöqteyi nəzərdən, ola bilər ki, kimsə onların telefonlarını tapıb. Yaxud da, həmin nömrənin yenisi çıxarılıb istifadə edilə bilər. Elə xidmətlər var ki, ondan uzun müddət istifadə etməyəndə birbaşa həmin şəxs çıxarılır. Lakin "Whatsapp” uzun müddət ondan istifadə etməyən şəxsləri birbaşa qrupdan çıxarda bilməz. Ola bilər ki, baş verən hadisə proqramın nasazlığı ilə bağlı olsun. Texniki hər bir şey başa verə bilər. Hər halda, bu, qəliz məsələdir. Necə olduğunu heç cür dəqiq deyə bilmərik”.
Qeyd edək ki, "Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub