Bu gün "Həyat Fondu”nun yaranmasından bir il ötür.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu münasibətlə "Buta Palace”də təntənəli tədbir təşkil olunub.
Tədbirə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri qatılıb.
"Yardım et, həyat ver” devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Məclis Azərbaycan dövlət himni ilə başlayıb, "Həyat Fondu”nun fəaliyyəti bağlı hesabat xarakterli videoçarx yayımlanıb.
Tədbirin aparıcıları Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva olub. Səhnədə Azərbaycan xalq artistləri Fidan və Xumaran Qasımovalar sözləri Leyla Əliyevaya məxsus "Ürək yaddaşı” mahnısını səsləndiriblər.
Bundan əlavə, ad günündə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.
Həmçinin, "Həyat Fondu”nun təsisçisi Hacı Nuran Hüseynovxeyriyyə işlərində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.










1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub