Vergilər Nazirliyi və Bakı şəhər Halqası Əməliyyat Şirkəti arasında hər hansı məhkəmə mübahisəsi yoxdur.
Mynews.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, son zamanlar bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər Halqası Əməliyyat Şirkətinin Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı məlumatlar dərc edilməkdədir:
“Hazırda Vergilər Nazirliyi və Bakı şəhər Halqası Əməliyyat Şirkəti arasında hər hansı məhkəmə mübahisəsi yoxdur”.
Qeyd edək ki, bir neçə gün öncə Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırılması barədə mediada məlumat yayılmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub