Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti barədə məlumat yayıb.
Departamentdən Mynews.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində mayın 11-i gün ərzində, 12-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15:08 radələrində dolu düşüb.
Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm (aylıq normanın 105 %-i), Balakəndə 57 mm, Sarıbaşda 51 mm, Kiçik Qafqazda 4-11, Mərkəzi-Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57, Lənkəran-Astara zonasında 1-2, Kiçik Qafqazda 4-11, Naxçıvan MR-da 1-9, Bakıda və Abşeron yarımadasında 0.6 mm təşkil edib.
Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3.5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan MR-da 16-21 dərəcə isti təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub