Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Mynews.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (BPİ DYPİ) məlumat verilib.
Marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə sabah, yəni 13 may saat 9:00-dan 15:00-dək Bayraq meydanından başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub