Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov həbs olunub.
Mynews.az xəbər verir ki, bu barədə Yenicag.az-a onun qardaşı Taleh Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, hadisə mayın 8-də, Şəmkirdə baş verib: “Mayın 8-də Şəmkir postunda saxlanılıb. Bakıya gəlirdik, burdan da yola salacaqdım. Yas yeri var idi, ona görə gəlmişdi. Dedi, gəlmişkən gedib qayınana və qayınatama da baş çəkim. Dedilər ki, guya narkotikə görə saxlanılıb. Guya ki, cibindən çıxardıblar. Bu günədək harada saxlanılması ilə bağlı məlumat ala bilmirik. Nə vəkili məlumat ala bilir, nə də biz. Nərimanov rayon məhkəməsinin qərarına əsas barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Çox gülünc bir şeydir. Hər şey kameraların qarşısında baş verib”.
Qeyd edək ki, Saleh Rüstəmov 1997-ci ildə Rusiyanın Moskva şəhərində məkunlaşıb. O, kiçik bizneslə məşğuldur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub