Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (BPİ DYPİ) məlumat verilib.
Marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə sabah, yəni 13 may saat 9:00-dan 15:00-dək Bayraq meydanından başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub