"Lotu Quli" Türkiyəni tərk etdi TƏFƏRRÜAT

735
"Lotu Quli" Türkiyəni tərk etdi TƏFƏRRÜAT

Azərbaycanın ən nüfuzlu "qanuni oğru”su, həm də "Quli” kimi tanınan Nadir Səlifov ötən ilin payızında Azərbaycanda həbsdən azad olduqdan dərhal sonra öz briqadası ilə yerləşdiyi Türkiyəni təırk edib.

Virtualaz.org bildirir ki, "Rosbalt” agentliyinin öz mənbələrinə istinadla verdiyi məlumata əsasən, Nadir Səlifov İstanbuldan BƏƏ-yə uçub və yaxın zamanlarda orada olacaq. "Qanuni oğru”nun özünün dediyinə görə, o, Birləşmiş Ərəb Əmirliklərinə "sadəcə olaraq dincəlmək” və fəaliyyəti üçün yeni əhatə dairələrini öyrənmək məqsədilə gəlib.

Xatırladaq ki, bundan bir qədər öncə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən "qanuni oğru”nun beynəlxalq axtarışa verildiyi bildirilmişdi. Buna səbəb isə Moskvanın Presnya rayon məhkəməsinin və Samaranın rayon məhkəməsinin onun barəsində adam oğurluğu və pul tələb etmə maddələri ilə qiyabi həbs qərarı vermələridir. "Rosbalt” yazır ki, bunun əsasında Rusiya digər ölkələrdən onun ekstradisiya edilməsini tələb edə bilər. Mənbə qeyd edir ki, Səlifovun beynəlxalq axtarışa verilməsi barədə sənədlər hələ İnterpola daxil olmayıb.

 Agentlik qeyd edir ki, kriminal dünyada Səlifovun köçməsinin aprel ayının əvvəllərində Antalyada "qanuni oğru” Qayoz Zviadadzenin (Giya Kutaisski) qətlə yetirilməsinin Türkiyə polisi tərəfindən araşdırılması ilə bağlı ola biləcəyi ilə əlaqədar qızğın müzakirələr gedir.

"Rosbalt” yazır ki, əsas versiyalardan birinə görə, Zviadadzenin qətlinin sifarişçisi kimi Səlifovun adı göstərilir. Belə ki, ölümündən bir qədər əvvəl "oğru” ənənələrinin qısqanc mühafizəçisi olmuş Zviadadze Səlifovla onun əhatəsindəki bəzi "qanuni oğru”ların statusunu müzakirə etmişdi və bu, azərbaycanlı "qanuni oğru”ya xoş gəlməyə bilərdi.

"Rosbalt”ın mənbələri iddia edirlər ki, hazırda Türkiyə polisində operativ məlumat mövcuddur ki, həmin məlumata əsasən, Qulinin Giya Kutaisskinin aradan götürülməsində əli ola bilər.

Nadir Səlifov Azərbaycanda 22 illik həbsdən oktyabrın sonlarında çıxıb. Həmin vaxtdan o, İstanbulda şəxsi mülkündə yaşayıb və briqadasının formalaşdırılması, Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində onun nəzarəti altında olan mütəşəkkil cinayətkar qruplara buradan rəhbərlik etməklə məşğul olub.

Qulinin emissarları (aralarında onun doğma qardaşı, həmçinin "qanuni oğru” olan Namiq Səlifov da var) xüsusilə Ukraynada, Uralda, Peterburqda və Moskvada fəaldırlar. 2016-cı ildə öldürülmüş Rövşən Lənkəranskinin klanının miras kimi qəbul etdiyi Moskvanın topdansatış yaşıl bazarlarına, xüsusilə onlarln ən irisi olan Kaluqa şossesindəki "Fud Siti”yə nəzarət edilməsinə Quli iddialı olduğunu bildirib.

Xəbər lenti