Sabah 2018/2019-cu tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər imtahan verəcəklər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, II və III ixtisas qrupları üzrə keçiriləcək imtahanlarda 36 min 559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17 min 253 abituriyent II, 19 min 306 abituriyent isə III qrup üzrə imtahana girəcək.
Respublikanın 11 şəhərində 66 binada imtahan aparılacaq. İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunacaq.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, abituriyentlər mərkəzin internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası" da təqdim olunur. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni də özləri ilə gətirməlidirlər. 16 yaşı tamam olmamış abituriyentlər isə təhsil müəssisəsi tərəfindən verilmiş arayışı təqdim etməlidirlər.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Binaya giriş zamanı üzərində yardımçı vasitələr aşkar olunan abituriyentlər imtahana buraxılmayacaqlar.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub