Bakıda bir yol nişanının olmaması səbəbindən sürücülər həm qəza şəraiti ilə üz-üzə qalır, həm də getdikləri yolu geri qayıtmaq məcburiyyətində olurlar.
Bizimyol.info “Xəzər TV”yə istinadən xəbər verir ki, metronun “Əhmədli” stansiyasından “Ukrayna dairəsi” istiqamətindəki yoldan gedir. Bu yolda bir neçə müddətdir ki, təmir işləri aparılır. Yolun giriş hissəsi bağlanmayıb. Səbəb də odur ki, həmin yolun kənarında yaşayan vətəndaşlar buradan istifadə etməklə evlərinə gedə bilsinlər. Sürücülər yola daxil olub, “Ukrayna dairəsi” istiqamətinə getdikdə isə sonda yolun bağlı olduğunu görüb, geri qayıtmaq məcburiyyətində qalırlar.
“Ukrayna dairəsi” istiqamtinə gedən avtomobillər geri qayıtdıqda bu yola daxil olan maşınlarla qarşı-qarşıya gəlirlər və qəza şəraiti yaranır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yolun giriş hissəsində 5.19.1 dalan nişanı qoyulmalıdır ki, sürücülər bu nişanı gördükdə yolun sonunun bağlı olduğunu əvvəlcədən bilsinlər. Avtomobil yolları Dövlət Agentliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, əməkdaşlar həmin yola baxış keçirəcəklər və problem aradan qaldırlılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub