Oğuz rayonunda itkin düşmüş yerli sakin tapıb.
Mynews.az xəbər verir ki. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, mayın 6-da evdən çıxan və geri qayıtmayan 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızına Şəkidə rast gəlinib.
Qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, bacısının tapılması barədə xəbəri ötən gün alıblar.
"Dünən onun sağ-salamat olması barədə xəbər gəldi. O, itkin düşdüyü 6 gün ərzində Şəki şəhərində olub. Orada əvvəlllər kirayə yaşadığı evdə qalıb. İki gün xəstə olub və həmin evdə qalan ailə ona baxıb. İndi bacım müalicə olunur", - deyə o bildirib.
Lalə Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görmüşdülər.
Qadın nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.
L.Nəbilinin 4 yaşlı qız övladı var.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1124 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1093 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1091 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1086 dəfə oxunub
5
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını . dəyişdi
1070 dəfə oxunub