Bakıda qalib gəlmək mənim üçün çox vacib idi.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bunu Trend-ə "Bakı Marafonu 2018"-in qalibi ukraynalı İqor Olefirenko deyib.
O, ilk dəfədir Bakıda, Azərbaycanda olduğunu bildirib: "Bura çox gözəldir. Açığı, belə gözəl olduğunu, insanlarının belə mehriban olduğunu gözləmirdim. Hər şey çox gözəldir. Yeməkləriniz də çox dadlıdır. Burada çox gözəl vaxt keçiririk".
İ.Olefirenko marafonda yalnız qələbə qazanmaq üçün Bakıya gəldiyini vurğulayıb:
"Mən marafon üzrə 3 qat Ukrayna çempionuyam, Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının iştirakçısıyam. Yəni bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Bakıda qalib gəlmək də mənim üçün çox vacib idi. Ümid edirəm ki, növbəti marafonda iştirak etmək üçün də Bakıya gələcəyəm".
"Bakı Marafonu 2018" Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.
Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.
"Bakı Marafonu 2018"də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub