Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur. Mynews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib. Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb.
Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb. Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.
Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub