Havalar isindikcə ət məhsulları alanlar diqqətli olmalıdırlar. Xüsusilə balıq alanlar bir sıra nüanslara fikir verməlidirlər. Çünki digər ət növləri ilə müqayisədə balıq daha tez xarab olur. Söhbət hansı qaydalardan gedir?
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, havalar isindikcə bazarlarda balıq satışı azalır. Çünki isti havalarda balığın təzə saxlanılması çətin olur. Təzə olmayan balıq isə orqanizmdə ciddi fəsadlar yarada bilər. Buna görə də isti havalarda balıq alarkən diqqətli olmaq lazımdır. İlk növbədə balığın satıldığı yerə fikir verilməlidir.
İsti havada açıq şəraitdə satılan balıqların yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Buna görə də mütəxəsisslər ancaq buzun içərisində satılan balıqları almağı məsləhət görür.
Balıq alarkən onun görünüşünü də diqqətdə saxlamaq lazımdır. Balığın qulaq və göz nahiyəsi müəyyən xəstəliklərdən xəbər verə bilər.
Balığın görünüşü ilə yanaşı qoxusu da onun keyfiyyəti haqqında xəbər verir.
Mütəxəsssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görürlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub