“Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin “Twitter” hesabından paylaşılan xoşagəlməz foto spam və ya virus olub.
Mynews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin III katibi Əli Qədirov deyib. O, qeyd edib ki, müzakirələrə səbəb olan fotonun sosial şəbəkə hesabında qəsdən paylaşılmasından söhbət gedə bilməz:
“Bir həftədir “Twitter” xəbərdarlıq edir ki, şifrələrinizi dəyişdirin. Hər şey ola bilər. Ola bilər ki, “Twitter” şifrəni harasa ötürüb, kimlərsə müdaxilə edə bilib. Hesab edirəm ki, problem buradan qaynaqlanıb. Bizim sosial şəbəkə səhifələrimiz başqa istiqamətdə iş aparır. Ona görə bu spam kimi qəbul oluna bilər. Müzakirə etməyə bir şey yoxdur. Artıq spam silinib, hesabın kodu dəyişdirilib. Bilinərəkdən edilən hərəkət deyil”.
Ə.Qədirov qeyd edib ki, səfirliyin “Twitter” hesabı 2 il öncə açılıb: “Bu müddət ərzində belə bir problem yaşanmayıb. Bizim hesabımız səfirliklər arasında atılan twittlərin sayına görə birinci yerdədir. Bu məsələlərə diqqətlə yanaşırıq. Digər məsələ ola bilməz”.
Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin “Twitter” hesabından xoşagəlməz paylaşım edilib. Məlum paylaşım sosial şəbəkələrdə sərt tənqid olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub