Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb.
Mynews.az report-a istinadən xəbər verir ki, "Xətai" stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.
Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, gecikməyə səbəb adıçəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub