Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyev bildirib ki, bu istiqamətdə fəal iş aparılır: "Biz həmin sistemi "ASAN Viza 2" adlandırmışıq və istəyirik ki, Azərbaycan vətəndaşları bu sistemdən istifadə edərək digər ölkələrin səfirliklərində viza ala bilsinlər. Texniki baxımdan proses aktiv şəkildə hazırlanır, lakin sistemin inteqrasiyası üçün səfirliklərlə danışıqlar aparmaq da lazımdır".
Qeyd edək ki, bu gündən "ASAN Viza" özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.
"ASAN Viza" vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub