Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik.
Mynews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdurmalar və çətinliklər yaradır:
“Televiziyada 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz 20 Yanvar hadisəsi zamanı belə qırğının şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik”.
A.Paşazadə qeyd edib ki, Qüds bütün dinlər üçün müqəddəsdir:
“Müsəlman dövlətlərin arasında birlik olmadığına görə bundan sui-istifadə edilir. Orada minlərlə insanın qırılması bütün müsəlmanları hədəfə almaq deməkdir.
Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmalı və sülh yolu ilə atılan addımlar atılmalıdır. Şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub