"Valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq", "Hüquq fakultəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan" deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakultəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər".
Mynews.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.
O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: "Azərbaycanda "Peşə təhsili haqqında" qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır.
Komitə sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirləri ilə razılaşdığını qeyd edib.
Xatırladaq ki, dünən Sumqayıtda iki abituriyent qəbul imtahanından sonra intihar edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub