Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.
Təqvimdə Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək.
İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir.
Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.
Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub