Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: "Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb".
Ə.Bağırov bildirib ki, yarmarka çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "28 May", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında qurulub: "Ehtiyac olacağı təqdirdə bayram ərəfəsində çadırların sayı artırılacaq".
Qeyd edək ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub