Qızını erməniyə verən azərbaycanlı diaspor sədri “Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb” – Foto

852
Qızını erməniyə verən azərbaycanlı diaspor sədri “Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb” – Foto

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızının erməni biznesmenlə evlənməsinə görə ona olan ictimai qınaqdan sonra yığıncaq keçirib.

Yığıncaqda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova ilə yanaşı, Kərimovun dostları, yaxınları iştirak ediblər.

Diaspor.az-ın məlumatına görə, Kərimov yığıncaqda erməni ilə qohum olmasına bir daha haqq qazandıraraq, bu qohumluq əlaqələrində qız tərəfi olduğuna görə fəxr etdiyini deyib. O, Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb və hətta şəhidlərimizə qarşı da sayğısızlıq edib:

“Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun”.

Ağadadaş Kərimovun dostu Rövşən Əliyev ona etirazını bildirib. O, Kərimovun ermənilərlə dostluq və qohumluq münasibətlərinin peyda olduğuna görə təhdid olunduğunu deyib. Kərimov isə bu yanaşmasına görə dostuna etiraz edərək, onun yığıncağı tərk etməsini tələb edib.

Məsələnin ən şok tərəfi budur ki, yığıncaqda iştirak edən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova Kərimovun fikirlərinə haqq qazandırıb və ortaya gülünc bir iddia atıb:

“Düşünürəm ki, kimsə A.Kərimovun yerinə göz dikib deyə, onun vəzifəsindən kənarlaşdırılmasına cəhd göstərir. Bu nikah mərasimi Azərbaycan dövlətinin, hakimiyyətinin və xalqının müzakirə mövzusuna çevrilməməlidir. A.Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib! Erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb, bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki tarixən mehriban xalq olaraq yaşamışıq”.

Məlumata görə, M.Sadıqovanın da ermənilərə qarşı xüsusi simpatiyası var. Onun təkcə vətəndaş mövqeyi məsələsində deyil, idarəetmə işində də bacarıqsız olduğu bildirilir.

Hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar və söz sahibi olan diaspor nümayəndələri arasında A.Kərimovun və M.Sadıqovanın vəzifələrinin öhdəsindən gələ bilmədikləri müzakirə mövzusuna çevrilib. Yaxın günlərdə Rusiyada yaşayan azərbaycanlıların M.Sadıqovaya və A.Kərimova etiraz əlaməti olaraq aksiya keçirəcəkləri bildirilir. Etirazçıların bununla bağlı müvafiq bəyannamə qəbul edəcəyi və hər iki şəxsin istefa verməsini tələb edəcəyi vurğulanır.

Xəbər lenti