Xəbər verdiyimiz kimi, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqlara görə dərsləri boykot etmişdi. Müəllimin sosial şəbəkə vasitəsilə çağırışları qısa zaman ərzində böyük səs-küyə səbəb olub.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, müəllimin tələbləri yerinə yetirilib və məktəbə geri qaytarılıb.
"Huquqlarımız bərpa olundu. Tədrisə davam edirik. Gələcəkdə əgər yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə English Language Center ingilis dili mərkəzi yaratmağa da kömək edəcəklərini söylədilər.
Mənə ən çox təsir edən şagirdlərimin dəstəyi oldu. Onlar dəstə-dəstə gəlib mənim məktəbdən getməyimi istəmədiklərini deyirdilər. Elə biz müəllimlərin də ən böyük qazancı o şagirdlərin təhsilidir. Dəstək olan hər kəsə təşəkkür edirəm".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub