Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi Nəhayət Əliyevanın yerinə təyinat olub.
Mynews.az Axar.az-a istinadən xəbər verir ki, 1 saylı Körpələr Evinin baş həkimi N.Əliyevanın uşaqlar üçün gətirilmiş əşyaları özünə məxsus avtomobilə yükləyib apardığını əks etdirən videolar yayıldıqdan sonra Səhiyyə Nazirliyi araşdırma başlatmışdı və o, müvəqqəti olaraq işindən təcrid edilmişdi.
Məlumata görə, araşdırmanın nəticəsi olaraq baş həkim N.Əliyeva vəzifəsindən azad edilib. Artıq onun yerinə təyinat da həyata keçirilib.
1 saylı Körpələr Evindən bildirildi ki, artıq müəssisənin baş həkimi Rəna Ağayevadır.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini bildirmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub