Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.