Bakı və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim cənub küləyi əsəcək.
Mynews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub