Tanınmış jurnalist Əli Əhmədovun qızı Maya Əhmədzadə da keçirilən dövlət imtahanından uğurlu nəticə qazanıb.
BAKU.WS xəbər verir ki, keçirilən imtahanlarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Maya Əhmədzadə 696 bal toplayıb.
BAKU.WS olaraq ilk öncə Liseylə əlaqə saxladıq. Təhsil müəssisəsinin rəhbəri Qədir Bektaşoğlu BAKU.WS-ə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyentin uğuru gözlənilən idi.
"Əslində bizim liseyin abituriyentlərinin uğurları gözlənilən idi. Biz 4 abituriyentin yüksək nəticə qazanacağını gözləyirdik. Lakin kiçik texniki səhv nəticəsində həmin abituriyentlərdən üçü 696 bal topladı. Onlardan biri də Maya Əhmədzadədir. O, gözlənildiyi kimi uğurlu nəticə əldə etdi", - deyə Qədir Bektaşoğlu bildirib.
İmtahanda yüksək nəticə göstərən Maya Əhmədzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, imtahanlara bir həftə qalmış həyəcanlı olub.
"İmtahan bir həftə qalmış böyük həyəcan vardı. Səhərdən axşama qədər oxuyurdum. Hətta imtahana iki gün qalmış gecələr normal yata bilmirdim", - deyə Maya Əhmədzadə bildirib.
Onun uğur qazanmasında müəllimlərilə yanaşı atası da dəstək olub. Maya Əhmədzadə deyir ki, əsasən "riyaziyyat" fənnindən Əli Əhmədov ona kömək edib. Həyatda uğur qazanmağın yolunu isə düzgün hədəf seçməkdə görür: "Uğur qazanmaq üçün mütləq qarşına hədəf qoymalısan. Mən də qarşıma qoyduğum hədəfə çalışaraq çatdım".
Maya Əhmədzadə atası kimi jurnalist yox, hüquqşunas olmaq niyyətindədir: "Uşaq vaxtı anam kimi həkim, yaxud da atam kimi jurnalist olmaq istəyirdim. İndi isə hüquq işçisi olmaq istəyirəm".
Maya Əhmədzadə dəsrlərlə birgə istirahətə də yetərincə vaxt ayırdığını bildirib: "Kifayət qədər istirahət də edirdim. Xarici dil öyrənirdim. Əlavə ədəbiyyatlar oxuyurdum".


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub