Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Mynews.az xəbər verir ki, Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.
Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.
İclasda həmçinin, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılmış, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub