USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

İlham Əliyev çağırdı-Nazir parlamenti yarımçıq tərk etdi

14:09 10.03.2017
İlham Əliyev çağırdı-Nazir parlamenti yarımçıq tərk etdi
14:09 10.03.2017
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentin martın 10-da keçirilən növbəti plenar iclasını yarımçıq tərk etməli olub.
 
Mynews.az  qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən onun yanına çağırılması olub. Bu haqda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov məlumat verib.
 
"Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”-deyə, spiker bildirib.

Xəbər lenti