Türkiyənin məşhur professoru İbrahim Saraçoğlu imsakda düzgün qidalanma ilə bağlı tövsiyələr verib.
Biotexnologiya və mikrobiologiya mütəxəssisi - İbrahim Adnan Saraçoğlu Ramazan ayı boyunca düzgün qidalanma ilə bağlı müxtəlif təkliflər verib. O, həddindən artıq yağlı qidalardan uzaq durmağı tapşırıb:
“Son illərdə Ramazanda insanların ifrat dərəcədə şirniyyatlara və yağlı qidalara üstünlük verdiyini müşahidə etmişəm. Ramazan ayında həddən artıq yağlı yeməklər və şirniyyatlar yemək metabolizm xəstəliklərinə yol açır. Bu səbəbdən də Ramazan ayının son həftəsində və ya Ramazan çıxandan sonra infarkt keçirənlərin sayı çoxalır. Metabolizm xəstəlikləri də Ramazandan sonra ortaya çıxır. Xüsusilə imsakda bu cür məhsullardan uzaq dayanmaq lazımdır. Odur ki, Ramazanda normal qidalanmaya diqqət etməliyik. Orucu zeytun, əncir və ya xurma ilə açın. Sonra şorba ilə davam edin. İsrafçılıq etməyin və təmtəraqlı zəngin süfrəsindən imtina edin”.
Professor imsakda plov əvəzinə, kartof yeməyi təklif edib. O, həmçinin duzun zərərlərinə də toxunub. Gül kələmi və brokkoli, mərci və ispanaq kimi tərəvəz yeməklərində çox yağ istifadə edilməməsini, çayın isə müəyyən miqdarda içiləməsini vurğulayıb.
mənbə: publika.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub