Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir etməsi barədə yazılan xəbərlərə reaksiya verib.
Deputat “Ölkə.Az”a açıqlamasında deyib ki, Milli Ordu ilə bağlı haqqında yazılanlar tamamilə yalan və cəfəngiyyatdır:
“Əgər mən Milli Ordunu təhqir etmişəmsə, buyurub səs yazımı yaysın. O jurnalist tamamilə yalan danışır. Özünü seyid kimi təqdim edib, məndən açıq şəkildə pul istəyir. Bu birinci hal deyil. Həmin adam mənə dəfələrlə zəng edib deyir ki, bayramımızdır, pul ver və sairə. Əlindən bezmişəm. Mən də məcbur olub dedim ki, ay oğul, pulum yoxdur, əl çək məndən! Hətta, ona dedim ki, əgər məni bir daha narahat etsən, səninlə bağlı polisə müraciət edəcəm”.
Məsələ ilə bağlı Modern.az saytının rəhbəri Elşad Eyvazlının da mövqeyini öyrəndik. O, “Ölkə.Az”a açıqlamasında bildirib:
“Əliağa Hüseynov hansısa reket jurnalistlə bizim jurnalisti səhv salır. Jurnalist redaksiyadan zəng edib açıqlama alıb, əlimizdə səs yazısı var. Onun ittihamları əsla bizə aid ola bilməz”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub