Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzlaşdırılması zavodu 2013-cü ildən fəaliyyətə başlayıb və sutkalıq gücü 2000 kub.metr təşkil edir.
Mynews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzlaşdırılması Kompleksi mövzusunda keçirilən mətbuat konfransında ETSN-nin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Bildirib ki, müəssisədə bugünədək 3 894 634 kub metr həcmində dəniz suyu qəbul edilib. Bundan əlavə 1687995 kub metr həcmində təmiz su istehsal olunub.
Rasim Səttarzadə qeyd edib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb:
“Burada ildə 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. 2017-ci ildən başlayaraq tinglikdə aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.
Nazirlik rəsmisi qeyd edib ki, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub