Mynews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində parklanma ilə bağlı süjet yayımlanıb.
Sosial şəbəkələrdə paylaşılan bu video, yenidən parkinqlər mövzusunu gündəmə gətirib. Kadrlarda aydın olur ki, parkinq yerində maşın saxlayan sürücü ondan pul tələb edən şəxsə parkinq yerinin qanunsuz olduğunu izah edir. Oxşar mənzərəyə paytaxtın bir çox yerində rast gəlmək mümkündür.
Ekspertlərin fikrincə, küçə və prospektlərdə hərəkət istiqamətinin zəbt olunması yolverilməzdir. Bu, onsuz da, darısqal olan paytaxt küçələrində hərəkəti daha da çətinləşdirir.
Bu məsələdə obyekt sahibləri kimi sürücülər də məsuliyyətli olmalıdır. Çünki yaranan vəziyyətdən ən çox elə onlar əziyyət çəkirlər.
Vaqif Əsədov (BDYPİ-nin şöbə rəisi): "Parklanma yalnız icazə verilmiş ərazilər üzrə edilməlidir. Eyni zamanda sürücü ən azından park etməyi düşünürsə, digər sürücülərə mane olub-olmamasını nəzərdən keçirməlidir".
Hazırkı məqamda paytaxt küçələrində sıxlığın aradan qaldırılması ilə bağlı xüsusi layihələr hazırlanır. Bu məsələnin həlli üçün dünya praktikasından yararlanıb, yerli modellərin hazırlanması təklif olunur.
Hüseyn Abdullayev (Ekpert): "Dünya təcrübəsində olan ödənişli parkinq tətbiq olunmalıdır. İndiki sistemdən fərqli olaraq, qapalı parkinqlər küçə parkinqindən ucuz olmalıdır ki, sürücülərin diqqətini cəlb etsin".
Ekspertlər çoxmərtəbəli avtomobil dayancaqlarının sayının artırılmasını, hərəkətin daha intensiv olan küçə və prospektlərdə inşasını vacib sayırlar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub