Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunan zaman spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb.
Mynews.az-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmək üçün deputat Zahid Oruca 10 dəqiqəlik vaxt verib.
Bu zaman Z.Oruc 10 dəqiqənin az olmasından şikayətlənib:
“5 dəqiqə ilə insan ömrü azalan deyil. Xahiş edirəm ki, imkan verin, fikirlərimi tam ifadə edə bilim”.
Spiker Oqtay Əsədov isə Zahid Oruca iradını bildirib:
“Ay Zahid yenə camaata ağıl öyrətmə, 10 dəqiqə çıxış et, bəsindir!”.
: olke.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub